TOP 10

BMT və AFFA Dənizkənarı Milli Parkda master-klass təşkil etdi - FOTO

Futbol
Tarix: 2018-06-13 17:54

IDEA İctimai Birliyi, BMT-nin Azərbaycan nümayəndəliyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda uşaqlar üçün futbol üzrə master-klass keçirilib. Sport24.az xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd gənclərin mənəvi və fiziki baxımdan sağlam yetişdirilməsi, sağlam həyat tərzinin təşviqi, gənclərin asudə vaxtlarının düzgün və səmərəli təşkili, həmçinin BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı maarifləndirilmənin artırılması və ölkəmizdə aparılan idman siyasətinə dəstək olmaqdır.


Azərbaycan milli komandasının futbolçuları Kamran Ağayev, Ruslan Qurbanov və Cavid İmamverdiyev tərəfindən keçilən master-klassa 50-yə yaxın uşaq qoşulub.


Təcrübələrini uşaqlarla bölüşən millinin üzvləri onlarla birgə futbol oynayıb.


Sonda master-klassa qoşulan uşaqlara BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədlərinin əks olunduğu toplar hədiyyə edilib.

20 Iyun 2018
19 Iyun 2018
B.eÇ.aÇC.aCŞB