TOP 10

Jezniçak mükafalandırmaya qatılmamağından danışdı: "Bir neçə təklifim var idi"

Futbol
Tarix: 2018-06-13 16:50

“Qarabağ”ın müdafiəçisi Yakub Jezniçak sport24.az saytının suallarını cavablandırıb. İstirahətdən qayıdan və ötən gün komanda ilə ilk məşqinə də çıxan polşalı futbolçu ilə müsahibəni təqdim edirik:


- Artıq komandanız təlim məşq toplanışına start verib. Ab-hava necədir?
- Hər şey qaydasındadır. Bakıdayam və dünən komandanın ilk məşqinə qatıldıq. Fikrimcə, yaxşı şəkildə növbəti mövsümə və Çempionlar Liqasına hazırlaşacağıq. 


- Ötən mövsümdə, xüsusən sonlarında çox az hallarda meydana çıxdınız. Səbəb zədə idi?
- Zədəm var idi. Ona görə də meydana çıxa bilmirdim. 


- “Qarabağ”ın mükafatlandırma mərasiminə də ona görə qalmadınız?
- Bəli. Ona görə tezliklə vətənimə yollandım, orada müalicə aldım. Reabilitasiya olmaq üçün Polşaya getdim. İndi isə özümü hazır hiss edirəm. 


- Televiziya vasitəsilə mükafatlandırma mərasimini izlədinizmi?
- Təbii ki, izlədim. İnternet vasitəsilə baxdım. Çox gözəl idi. 


- Mövsüm başa çatan kimi bir neçə təklifin olduğunu, hətta “Qarabağ”dan gedəcəyinizi yazdılar...
- Bir neçə təklifim var idi. Amma “Qarabağ”la daha 1 illik müqaviləm mövcuddur. Həmin müqaviləyə hörmət edərək danışıqlara getməmişəm. 


- “Legiya”da daim oynayırdınız. Burda az meydana çıxmaq sizə təsir etmir?
- Sən çempionasa, bu, həmişə gözəldir. Meydana çıxmaq və ya çıxmamaq fərq etmir.  Mən peşəkar futbolçuyam və hər zaman “Qarabağ”ın uğurları üçün çalışıram. Komandam qalib gəlirsə, hər şey gözəldir. 


- Mövsümün sonunda bir çox futbolçu “Qarabağ”ı tərk etdi. Düşünümürsüz ki, yenidən komandanın “oturuşması” çətin olacaq?
- Bu, futboldur. Hər zaman başqaları gedir, yeniləri gəlir. Bütün komandalar üçün bu dəyişməzdir. Biz çox yaxşı şəkildə hazırlaşırıq və əminik ki, hər şey yaxşı olacaq. Yenidən Avropa arenasında son mövsümkü çıxışımızı davam etdirmək niyyətindəyik. 


- Çempionlar Liqasında qaydalar dəyişib. Qrupa düşmək mümkün görünür?
- Bəli, qaydalar dəyişib və bu çətin olacaq. Ötən mövsümə baxanda çox çətin görünür. Amma futbolda mümkünsüz heç nə yoxdur. Ötən il “Kopenhagen”lə oyunlarda favorit  sayılmasaq da, uğur qazandıq, qalib olduq. Yalnız pozitiv düşünürəm. Gələcəkdə nə olacağını görəcəyik. 


- Sabah Rusiyada dünya çempionatı start götürəcək. Sizcə, Polşa millisi orada uğur qazana biləcək?
- Bizim çox yaxşı komandamız var. Qrupumuz da o qədər çətin deyil. Düşünürəm ki, qrupdan çıxa bilərik. Amma gözləyək görək necə olacaq. Robert Levandovski yaxşı formadadırsa, özünü göstərə biləcəksə, komanda irəli gedəcək. Uğur qazanmaq istəyiriksə, bu turnirdə qara at kimi olmalıyıq.
 

16 Oktyabr 2018
15 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB