TOP 10

Meksika millisində itki: DÇ-dən kənarda qaldı

Dünya Futbolu
Tarix: 2018-06-13 12:51

Futbol üzrə Meksika millisi DÇ-2018-in startı ərəfəsində itki ilə üzləşib. Sport24.az xəbər verir ki, komandanın müdafiəçisi Dieqo Reyesin mundialda iştirak etməyəcəyi dəqiqləşib.


“Portu”nun üzvü iyunun əvvəllərində dizindən zədə almışdı. Onun tezliklə sağalacağına ümid bəslənilsə də, millinin məşqçilər heyəti futbolçunun karyerasını riskə atmaq istəməyib.


Onun yerini iştirak ərizəsində “Paçuka”nın yarımmüdafiəçisi Erik Qutyerres tutacaq.


Meksika millisi mundialda Almaniya, Cənubi Koreya və İsveçlə eyni qrupda mübarizə aparacaq.
 

11 Dekabr 2018
10 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB