TOP 10

“Neftçi”nin titul sponsorluğuna 3 namizəd: yarım milyonluq sövdələşmə gözlənilir

Futbol
Tarix: 2018-06-13 12:19

“Neftçi” 3 şirkətlə titul sponsorluğu ilə bağlı danışıqlar aparır. Sport24.az-ın əldə etdiyi məlumata görə, “ağ-qaralar” iyulun ortasınadək bu məsələyə tam aydınlıq gətirəcəklər.

 

Son mövsümün bürünc mükafatçısı ən əlverişli təkliflər irəli sürən şirkətlə rəsmi müqaviləyə imza atacaq və növbəti mövsümdən ölkədaxili yarışlarda yeni titul sponsorunun reklamı ilə çıxış edəcəklər.

 

Məsələ daha tez həllini tapacağı təqdirdə “Neftçi” avrokubok matçlarında sözügedən sponsorun loqotipi əks olunan maykalarda çıxış edəcək.

 

Əlavə edək ki, sövdələşmə baş tutacağı təqdirdə, “ağ-qaralar”ın büdcəsi təqribən 500 min zənginləşəcək.

21 Sentyabr 2018
20 Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB