TOP 10

Rəşad Eyubov “Neftçi”yə keçidindən danışdı - VİDEO

Futbol
Tarix: 2018-06-13 11:51

“Neftçi”nin yeni transferi Rəşad Eyubov paytaxt klubuna keçidi ilə bağlı ilk fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, o, klub televiziyasına açıqlamasında bunları söyləyib:


“Fikrimcə, uzun illərdir "Neftçi"nin Azərbaycan futbolunun flaqmanı olması heç kimə sirr deyil. Əlbəttə, böyük tarixə, çoxsaylı titullara malik olan bu kluba keçdiyim üçün qürur duyuram. Ümid edirəm ki, uğurların davamını birlikdə gətirəcəyik. Rəqabətdən qorxmaq qeyri-peşəkarlıqdı. Buna görə də rəqabətdən qorxmuram. Əksinə, daha yaxşı futbolçu olmaq üçün rəqabətin olmasını istəyirəm. Bunun yalnız faydası var. Hamı bilir ki, “Neftçi”nin necə yaxşı azarkeş ordusu var. Əvvəl çıxış etdiyim klublarda "Neftçi"yə qarşı oynayanda onların doğma komandalarını oyunboyu necə çılğıncasına dəstəklədiklərini fərqləndirirdim. Azarkeşlərdən istəyim budur ki, bu mövsüm də dəstəklərini əsirgəməsinlər. Biz bir ailə olub, yüksək hədəflərə çatmalıyıq. Əminəm ki, çempionatda qarşıya ən yüksək hədəf qoyulacaq və biz çempionluq uğrunda mübarizə aparacağıq".



 

16 Avqust 2018
15 Avqust 2018
B.eÇ.aÇC.aCŞB