TOP 10

“Neftçi” üçün 350 minlik sponsor?.. iyulda rəsmiləşəcək

Futbol
Tarix: 2018-06-13 09:45

“Türk Hava Yolları” (THY) ilə müqavilə imzalanacağı barədə xəbər doğrudu. Türk şirkəti titul yox, marka sponsoru olacaq. Məşq formalarımızda və stadionumuzda reklamları olacaq”. Bu sözləri “Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev Sport24.az-a verdiyi açıqlamada bildirib.

 

Həmsöhbətimiz THY ilə ötən həftə niyyət memorandumunun imzalandığını bildirdi: “Ötən həftə imzaladığımız sənəd sponsorluq müqaviləsi deyil. Həmin sövdələşmə iyulun əvvəlində təqdimat mərasimində rəsmiləşəcək”.

 

Əldə etdiyimiz informasiyaya görə, bu müqavilə “Neftçi”nin büdcəsinə illik təqribi 350 min avro gətirəcək. Allahverdiyev bu məlumatı şərh etmək istəmədi: “Rəqəm səsləndirə bilmərəm. Üstəlik, heç rəsmi müqavilə də imzalanmayıb”.
 

14 Noyabr 2018
13 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB