TOP 10

Super Liqa klubunda serb yarımmüdafiəçi

Dünya Futbolu
Tarix: 2018-06-13 11:22

Türkiyənin “Yeni Malatyaspor” klubu heyətinə yeni futbolçu cəlb edib. Sport24.az xəbər verir ki, Super Liqa təmsilçisi serbiyalı yarımmüdafiəçi Daniyel Aleksiçi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


27 yaşlı orta sahə oyunçusu İsveçrənin “Senkt Qallen” klubundan transfer edilib. Onunla 2 illik müqavilə imzalanıb.


Karyerasına Serbiyanın “Voyvodina” klubunda başlayan futbolçu İtaliyanın “Cenoa”, Almaniyanın “Qroyter”, Fransanın “Sent-Etyenn” və “Arl-Avinyon” və Polşanın “Lexiya” klublarında da forma geyinib. Aleksiç İsveçrədə 2014/15 mövsümündən top qovurdu. Geridə qalan mövsümdə o, 28 çempionat oyununa çıxıb, 7 qol vurub.
 

18 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB