TOP 10

Ranyerini Kardoso ilə əvəz etdilər

Dünya Futbolu
Tarix: 2018-06-12 15:11

Fransanın “Nant” klubunun yeni baş məşqçisi müəyyənləşib. Sport24.az xəbər verir ki, Liqa 1 təmsilçisini bundan sonra portuqal mütəxəssis Migel Kardoso çalışdıracaq. Bu barədə klubun prezidenti Valdemar Kita məlumat verib.


Kardoso ötən mövsüm Portuqaliyanın “Riu Ave” klubunu çalışdırıb. Komanda onun rəhbərliyi altında ölkə çempionatını 5-ci yerdə başa vurub.


“Nant” əvvəlki baş məşqçisi Klaudio Ranyeri ilə əməkdaşlığı mayın 17-də bitirmişdi.


Komanda başa çatan mövsümdə Fransa çempionatında 10-cu yeri tutub.
 

15 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB