TOP 10

ÇL-də yeni mövsümün ilk püşkü atıldı

Futbol
Tarix: 2018-06-12 14:29

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2018/19 mövsümünün ilk mərhələsinin püşkü atılıb. Sport24.az xəbər verir ki, püşk mərasimi İsveçrənin Nyon şəhərində keçirilib.


ÇL-in ilkin mərhələsində UEFA-nın klub reytinqinə görə ən zəif 4 komanda iştirak edəcək. Bunlar “Santa-Koloma” (Andorra), “Linkoln” (Cəbəllütariq), “La-Fiorita” (San Marino) və “Drita”dı (Kosovo). Onlar növbəti mərhələyə yüksəlmək üçün 1 vəsiqə uğrunda mübarizə aparacaqlar.


Püşkün nəticəsi belə olub:


Çempionlar Liqası
Çempionlar yolu, ilkin mərhələ


“Santa Koloma” (Andorra) – “Drita” (Kosovo)
“La Fiorita” (San Marino) – “Linkoln” (Cəbəllütariq)


ÇL-in 1-ci və 2-ci mərhələlərinin püşkü isə iyunun 19-da atılacaq. Azərbaycanı bu turnirdə yenə ölkə çempionu "Qarabağ" təmsil edəcək.


Yeni avrokubok mövsümü isə iyunun 26-da start götürəcək. Əvvəlki illərdən fərqli olaraq, bu dəfə təsnifat mərhələlərində “böyük beşlik” klubları iştirak etməyəcək.
 

16 Avqust 2018
15 Avqust 2018
B.eÇ.aÇC.aCŞB