TOP 10

“Qarabağ”da istirahət bitdi

Futbol
Tarix: 2018-06-12 13:45

Son Azərbaycan çempionu “Qarabağ” mövsümlərarası fasilə dövrünü başa vurub. Sport24.az xəbər verir ki, “köhlən atlar” bu gün klubun bazasında bir araya gələcək və növbəti mövsümün hazırlıqlarına start verəcək. 


Lakin Ağdam klubunun legionerləri və milli komandalara dəvət alan futbolçuları düşərgəyə bir neçə gün sonra qoşulacaq.


Təxminən bir həftə Bakıda hazırlıq keçəcək “Qarabağ” iyunun 20-də Avstriyaya təlim-məşq toplanışına yollanacaq. Komanda toplanış çərçivəsində 4 yoxlama oyununda qüvvəsini sınayacaq. Ağdam klubu iyunun 23-də Bolqarıstanın "Ludoqorets", iyunun 26-da Avstriyanın "Vakker İnsbruk", iyunun 30-da Suriya milli komandası, iyulun 4-də isə Ukraynanın "Dinamo" (Kiyev) komandası ilə üz-üzə gələcək. 


“Qarabağ” son Azərbaycan çempionudu və növbəti mövsümdə Çempionlar Liqasında mübarizə aparacaq.
 

15 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB