TOP 10

Səmədov Rusiya millisini atasının təkidi ilə seçib

Futbol
Tarix: 2018-06-12 13:13

Rusiya yığmasının heyətində 2018-ci il dünya çempionatında iştirak edəcək azərbaycanlı futbolçu Aleksandr Səmədovla bağlı geniş məqalə dərc olunub. Sport24.az xəbər verir ki, yazıda iyulun 19-da 34 yaşı tamam olacaq yarımmüdafiəçinin vaxtilə Azərbaycan və Rusiya yığmaları arasında etdiyi seçiminə də toxunulub.

 

Bildirilir ki, atası Sergeyin azarkeşlik etdiyi Moskva "Spartak”ının yetirməsi olan Aleksandr məhz valideyninin təkidi ilə Rusiya yığmasının formasını geyinib: "Hələ 2009-cu ildə yığmanın baş məqçisi Qus Hiddink onun oyununu qeyd edir və namizədlər arasında göstərirdi. Lakin məsələ dəvət almağa qədər gedib çıxmad. Futbolçunun atasının mənşəyi nəzərə alınaraq, ona Azərbaycan yığmasında çıxış etməklə bağlı israrlı təkliflər gəlməkdə idi. Aleksandr isə hər dəfə rədd cavabı verirdi. Özü də bunu atası təkid edirdi. O istəyirdi ki, oğlunun Rusiya millisinin heyətində dünya və ya Avropa çempionatında oynamaq imkanı olsun. Bundan əlavə, Aleksandr Rusiya çempionatında legioner sayılmaq istəmirdi”.

 

Səmədovun Rusiya yığmasındakı debütü 2012-ci il Avropa çempionatının seçmə mərhələsinə təsadüf edib. O, 2011-ci il oktyabrın 7-də Bratislavada Slovakiya ilə görüşdə meydana çıxıb. Lakin soydaşımız AVRO-2012-yə yollanan heyətə düşməyib. Əvəzində DÇ-2014-də arzusuna çatan Səmədov indiyə qədər millidə 48 oyun keçirərək 7 qol vurub

 

Qeyd edək ki, Aleksandr 2003-cü ildə avqustunda AVRO-2004-ün seçmə mərhələsində Finlandiya ilə oyuna hazırlıq ərəfəsində baş məşqçi Əsgər Abdullayev tərəfində Azərbaycan millisininə dəvət alıb. Lakin təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq görüşü keçirməyə rəqib tapılmadığı üçün onun yığmadakı debütü baş tutmayıb. Səmədov daha sonra Azərbaycan millisinə gəlməkdən imtina edib.

 

10 Dekabr 2018
09 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB