TOP 10

Maksimov "Keşlə"də qalmasının səbəblərini açıqladı: "Görmək istədiyimiz komanda üçün 4 legionerlə güclənməliyik"

Futbol
Tarix: 2018-06-12 12:49

"Keşlə"nin ukraynalı baş məşqçisi Yuri Maksimov öz ölkəsinin mətbuatına müsahibə verib. Sport24.az həmin müsahibəni təqdim edir.

 

- Yuri Vilyeviç, Azərbaycan çempionatında fasilədi, sizin isə klubunuzla müqaviləniz başa çatıb. "Keşlə"də yeni mövsümdə işinizi davam etdirəcəksiniz?

- Bəli. Hələ Azərbaycan çempionatının başa çatmasına 1 ay qalmış klub prezidentindən mənə işimi davam etdirmək təklifi gəldi. Bütün məsələləri müzakirə etdik, ortaq məxrəcə gəldik. Yekunda ümumi fikrə gəldik ki, bundan sonra "Keşlə"də işimi davam etdirməyə razılaşdım. 

 

- Azərbaycana məzuniyyətdən nə vaxt qayıdırsınız?

- İyunun 20-də. Bundan sonra müqaviləni daha bir mövsüm uzatmaqla bağlı münasibətləri rəsmiləşdirəcəyik.

 

- Belə çıxır ki, "Keşlə"də taleyiniz Azərbaycan Kubokunun final matçının nəticəsindən asılı deyildi? Hansı ki, rəqibiniz Roman Qriqoqçukun baş məşqçisi olduğu "Qəbələ" idi və 1:0 hesabıyla qalib gəldiniz...

- Bəli, çünki söhbətimiz finaladək olmuşdu. Həmin matç gələcəyimə qlobal mənada təsir göstəmirdi. Ancaq Kuboku, təbii ki, qazanmaq istəyirsən! Finaladək irəliləmişdik və titulun bir addımlığında heç kim dayanmaq istəmirdi. 

 

- Azərbaycan Kubokunun finalında Yuri Maksimovla Roman Qriqorçukun Ukrayna qarşıdurması mətbuatda çox çək-çevir olunurdu?

- Yox. İlk növbədə "Keşlə"ylə "Qəbələ" qarşı-qarşıya idi. Ukraynalı məşqçilərin arasında derbi olmasına heç bir xüsusi aksent etmirdim, finaldan öncə bunu hiss etmirdim.  

 

- Azərbaycan Kubokunda qələbə məşqçilik karyeranızda ən önəmli uğurdu?

- Niyə ki? "Mordoviya" ilə Rusiya Premyer Liqasına çıxmaq da var idi. Fikrimcə, Rusiyanın I divizionunun səviyyəsi yüksəkdi və bu çempionatda qalib olmaq da heç də asan deyildi.

 

- "Keşlə"də növbəti mövsümdə qalmaq qərarınıza hansı faktlar təsir göstərdi?

- İlk növbədə komandada perspektivi görürəm. O adamı cəlb edir ki, futbolçular da özləri inkişaf etməyə, irəli getməyə can atırlar, qazanılanlarda dayanmaq istəmirlər. Bundan əlavə, "Keşlə" Avropa Liqasının təsnifat mərhələsində oynamaq hüququ qazanıb. Buna görə bizim gənclər üçün yeni çağırış olacaq. Bütün bu faktlar Azərbaycanda qalmaq qərarına təsir etdi.

 

- Görmək istədiyiniz komandanı artıq nə qədər qura bilmisiniz?

- Həqiqətən, bu proses davam edir. Çünki komanda belə götürəndə, çempionatın gedişində - cəmi bir neçə ay öncə formalaşıb. Fikrimcə, görmək istədiyimiz kollektiv üçün heyəti müxtəlif mövqelər üzrə 4 legionerlə gücləndirmək, habelə bir neçə yerli futbolçu cəlb etmək lazımdı. 

 

- "Keşlə" ötən çempionatı 6-cı yerdə başa vurub. Bu, komandanın maksimumudu?

- Qışda komandanı qəbul etdiyim zaman o, aşağı düşməyin bir addımlığında idi, qalmaq uğrunda mübarizə aparırdı. Buna görə də 6-cı yeri çempionatın yekununa əsasən müsbət nəticə kimi qiymətləndirmək lazımdı. Mövsümün ikinci yarısında çox layiqli çıxış etdik və topladığımız xallara görə 3 ən yaxşı komanda arasında olduq. 

 

- Yəni yeni mövsümdə "Keşlə" ambisiyalı olacaq?

- Əlbəttə. Yazdakı çıxışımız bizə yüksək yerlər uğrunda mübarizə aparmaq ümidi və perspektivi verir. Buna mütləq can atacağıq.

20 Iyun 2018
19 Iyun 2018
B.eÇ.aÇC.aCŞB