TOP 10

"Petrovun Yunanıstan, Macarıstan, Rusiya və Türkiyədən rəsmi təklifləri var idi, ancaq..."

Futbol
Tarix: 2018-06-12 11:00

"Neftçi"nin ukraynalı legioneri Kirill Petrovun agenti Aleksandr Pankov onun klubuyla yeni müqavilə imzalamasından danışıb. Sport24.az xəbər verir ki, o, "İnstagram" sosial şəbəkəsindəki şəxsi hesabında müştərisinin başqa variantlarının olması haqda məlumat verib: "Neftçi"ylə 1 illik uzadılması mümkünlüyü ilə yeni 1 illik müqavilə imzaladıq. Ona Yunanıstan, Macarıstan, Rusiya və Türkiyədən rəsmi təkliflər də vardı. Ancaq Petrov karyerasını Bakıda davam etdirməyə qərar verdi".

 

Xatırladaq ki, "Neftçi"yə 2017-ci ilin yayında Donetsk "Olimpik"indən keçən Kirill, Kiyev "Dinamo"sunun yetirməsidi və Ukrayna gənclər yığmasında oynayıb. Təcrübəli futbolçunun klub karyerası vətənində "Krivbass", "Qoverla" və "Arsenal"a, Polşada "Korona"ya, Qazaxıstanda "Ordabası"ya bağlı olub. 

  

19 Oktyabr 2018
18 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB