TOP 10

Cüdo üzrə milli komandamız Cənubi Koreya və Yaponiyada

Cüdo
Tarix: 2018-06-11 17:09

Cüdo üzrə Azərbaycan milli komandası bu ilin sentyabrında Bakıda keçiriləcək dünya çempionatına hazırlığını davam etdirir. Sport24.az xəbər verir ki, ötən həftə Cənubi Koreyanın İnçxon şəhərində təlim-məşq toplantısına start verən millimizin heyətində bütün aparıcı cüdoçular yer alıb. 


Baş məşqçi Ruslan Moşurenkonun rəhbərliyi altında yığma üzvləri Yaponiya, Koreya, Fransa, Almaniya, Rusiya, Braziliya, İtaliya və digər ölkələrin cüdoçuları ilə birgə məşq keçiblər. İyunun 11-də Azərbaycan millisi Cənubi Koreya toplantısını başa vurub. 


Cüdoçularımız dünya çempionatına hazırlığı bu gündən başlayaraq Yaponiyada davam etdirəcəklər. 


Milli komandamız vətənə iyunun 21-də dönəcək.
 

17 Iyun 2018
16 Iyun 2018
B.eÇ.aÇC.aCŞB