TOP 10

Millimiz AÇ-ni 2 medalla başa vurdu

Digər
Tarix: 2018-06-10 20:30

Bolqarıstanın Plovdiv şəhərində keçirilən parataekvondo üzrə Avropa çempionatına yekun vurulub. Sport24.az xəbər verir ki, sayca 7-ci olan qitə çempionatında 5 idmançı ilə təmsil olunan milli yığma komandamızın iki üzvü fəxri kürsüdə yer alıb. 


Belə ki, K44, +58 kq çəki dərəcəsində mübarizə aparan qadın taekvondoçumuz Aynur Məmmədova yarışın qızıl medalını qazanıb. Nicat Müslümov (K-43, -75 kq) isə yarımfinalda məğlub olaraq yarışı bürünc medalla başa vurub. 


Digər 3 təmsilçimiz İmaməddin Xəlilov, Əbülfəz Abuzərli və Vüqar Adışirinov yarımfinala vəsiqə uğrunda döyüşdən məğlub ayrılıb.


Xatırladaq ki, Plovdiv şəhərinin "Kolodruma" idman sarayında baş tutacaq G4 kateqoriyalı yarışın qalibləri aktivlərinə 40 reytinq xalı əlavə etmiş olur.


Millimiz 11 iyun tarixində vətənə dönəcək.

17 Iyun 2018
16 Iyun 2018
B.eÇ.aÇC.aCŞB