TOP 10

"Neftçi" daha 2 legioneri göndərdi

Futbol
Tarix: 2018-06-09 10:00

Qış fasiləsində “Neftçi”yə transfer olmuş daha 2 cənubi amerikalı legionerin taleyinə aydınlıq gəlib. Sport24.az-ın əldə etdiyi məlumata görə, Qato ləqəbli paraqvaylı yarımmüdafiəçi Fransisko Qarsiya və argentinalı hücumçu Lukas Qomezlə 2018-ci ilin 31 dekabrınadək qüvvədə olan müqaviləyə qarşılıqlı şəkildə xitam verilib.

 

27 yaşlı Qatoyla 31 yaşlı Qomez “ağ-qaralar”ın sıralarında keçirdikləri 6 ayda əsas heyətə düşə bilmədilər. 

 

Qeyd edək ki, "Neftçi" daha öncə qış transferlərindən cəmi 14 dəqiqə meydanda olan kolumbiyalı yarımmüdafiəçi Mayk Kampazla bu ilin sonunadək olan müqaviləni pozmuşdu. 

15 Avqust 2018
14 Avqust 2018
B.eÇ.aÇC.aCŞB