TOP 10

Badmintonçumuz beynəlxalq turnirin qalibindən üstün oldu

Digər
Tarix: 2018-06-09 08:40

Azərbaycanın badmintonçusu Edi Reski Dviçayo Litvanın Kaunas şəhərində keçirilən "YONEX Lithuanian International 2018" turnirinin əsas mərhələsinə uğurlu start verib. Sport24.az xəbər verir ki, təmsilçimiz 1/16 finalda danimarkalı Rasmus Messerşmidtlə qarşılaşıb.

 

Gərgin və maraqlı mübarizə şəraitində keçən qarşılaşma Dviçayonun 2:1(14-21,21-15,21-4) hesablı qələbəsi ilə başa çatıb. Məlumat üçün bildirək ki, Rasmus Messerşmidt cari ilin mart ayında Portuqaliyada keçirilən ənənəvi beynəlxalq turnirin son qalibidir.

 

Badmintonçumuz 1/8 finalda Ukrayna təmsilçisi Kirilo Leonovla üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 14:20-də keçiriləcək.

15 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB