TOP 10

Hava şəraiti DÇ-nin proqramında dəyişikliyə səbəb oldu

Digər
Tarix: 2018-06-08 21:27

Küləkli hava şəraiti ilə əlaqədar BMX üzrə dünya çempionatında gənclər və Elit kateqoriyasının bu gün saat 20:40-da başlamalı olan təsnifat yürüşləri təxirə salınıb. Sport24.az xəbər veirr ki, bu səbəbdən iyunun 9-da yarış proqramında müəyyən dəyişikliklər edilib.


Yeni yarış cədvəlinə əsasən, iyunun 9-u, saat 18:00-da dünya çempionatının keçici bayrağı 2019-cu ildə yarışı qəbul edəcək Belçika nümayəndələrinə təqdim ediləcək. Saat 18:10-dan 20:30-dək təsnifat yürüşləri keçiriləcək. 20 dəqiqəlik fasilədən sonra saat 20:50-də final mərhələsi başlayacaq. Həlledici yürüşlər saat 23:10-da bitəcək və bundan sonra dünya çempionatının qaliblərinin mükafatlandırma mərasimi həyata keçiriləcək.
 

18 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB