TOP 10

Şehiç "Qarabağ"dan gedişinin səbəbini Sport24.az-a açıqladı: "Qurban Qurbanov həyatımda daim vacib insan olaraq qalacaq"

Futbol
Tarix: 2018-06-08 10:00

"Qarabağ"da mövsüm bitəndən sonra ən gözlənilməz ayrılıqlardan biri İbrahim Şehiç oldu. Bosniya və Herseqovina yığmasının əsas qapıçısı 2013-cü ildən şərəfini qoruduğu, bütün 5 mövsümdə heyətində çempion olduğu klubu tərk etməyə qərar verdi. İtaliya A Seriyasında çıxış edəcəyi deyilən Şehiç Sport24.az-a müsahibəsində bu və digər qaranlıq məqamlara aydınlıq gətirdi. 

 

- "Qarabağ"dan niyə ayrıldın?
- Ayrıldım, çünki hiss etdim ki, artıq getmək vaxtıdı. Özümü başqa yerdə sınamaq istəyirəm. Karyeramın 5 gözəl ilini "Qarabağ"da keçirmişəm. Azərbaycanda da 5 il yaşamışam və unudulmaz günlərim olub.


- Komandanı pula görə tərk etdiyin haqqında xəbərlər dolaşırdı...
- Yox, bu doğru deyil. Pul heç zaman mənim şəxsi həyatımda önəmli olmayıb. Sadəcə, özüm başqa liqada oynamaq fikrindəyəm. Ona görə də "Qarabağ"dan getdim.

 

- Komanda ilə uğurlu mövsümlərin olub. Burda daha yaxşısı üçün qala bilərdin...
- "Qarabağ" həmişə mənim üçün favorit komandam olaraq qalacaq. Ordakı insanlar mənə sevgi verib, xoşbəxt edib. Hər zaman ürəyimdə "Qarabağ" qalacaq. Bu gözəl xatirələri unuda bilmərəm. Bakı mənim ikinci evimdi. 

 

- Gedərkən baş məşqçi Qurban Qurbanovla görüşdünmü?
- Əlbəttə. Görüşdük və çox emosional söhbət alındı. Hər şeyi danışdıq. Qucaqlaşdıq və bir-birimizə uğurlar arzuladıq. Qurbanov həyatımda daim vacib insan olaraq qalacaq. O, mənim üçün xüsusi biridir.


- Bir neçə əsas futbolçu klubdan ayrıldı. Düşünmürsən ki, bu "Qarabağ"ın çıxışına təsir edəcək?
- "Qarabağ" Şehiçdən, Almeydadan asılı komanda deyil. Bu klub bütün futbolçulardan böyükdü. Yenidən güclənəcəklər, güclü olacaqlar. Ən yaxşı olmağa davam edəcəklər.

 

- Təkliflərin var idimi?
- Bir neçə təklif var. Amma düşünürəm. Doğrusu, mənim üçün ən düzgün təklifi gözləyirəm. 


- Adın "Parma" ilə yanaşı hallanır...
- Qarşıdakı iki həftə ərzində hara gedəcəyimə dair qərar verəcəm. Bu barədə düşünürəm.
 

 

MEHMAN SÜLEYMANOV

16 Avqust 2018
15 Avqust 2018
B.eÇ.aÇC.aCŞB