TOP 10

"Sumqayıt"ın yeni baş məşqçisi müəyyənləşdi - EKSKLÜZİV

Futbol
Tarix: 2018-06-07 14:56

"Sumqayıt"ın yeni baş məşqçisi müəyyənləşib. Sport24.az-ın əldə etdiyi məlumata görə, bu, Nazim Süleymanovdu.

 

53 yaşlı mütəxəssislə danışıqlar müsbət yekunlaşıb və onunla anlaşma əldə olunub. 

 

Süleymanov məhz Sumqayıtda dünyaya gəlib və futbolda ilk addımlarını bu şəhərdə atıb. Son olaraq U-19 yığmamızda baş məşqçi olan təcrübəli mütəxəssis klublarımızdan "Xəzər Lənkəran"ı, AZAL-ı və "Neftçi"ni çalışdırıb. O, 2 müxtəlif vaxtda rəhbərlik etdiyi Lənkəran klubunun ilk baş məşqçisi kimi tarixə düşüb.

 

Qeyd edək ki, "Sumqayıt"ın baş məşqçi postu son turda istefa verən Samir Abasovun gedişindən sonra boş idi. 

 

 

14 Noyabr 2018
13 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB