TOP 10

"Sabah" "Lempard"ı transfer etdi

Futbol
Tarix: 2018-06-07 16:00

"Sabah"ın növbəti transferi müəyyənləşib. Sport24.az xəbər verir ki, Topaz Premyer Liqasının debütantı son klubu "Kəpəz" olan Tərzin Cahangirovla rəsmən anlaşıb. 26 yaşlı yarımmüdafiəçiylə 2 illik müqavilə imzalanıb.

 

Tərzin ötən mövsümün ilk yarısını "Neftçi"də keçirərək qış fasiləsində "Kəpəz"ə keçib. Gəncə klubu I Diviziona düşdükdən sonra çox futbolçusu başa çatan müqaviləni uzatmayaraq gedib.

 

Cahangirov futbolda ilk addımlarını yetirməsi olduğu "Qəbələ"də atıb. Onu əsas komandaya cəlb edən ingiltərəli baş məşqçi Toni Adams gənc futbolçunu xarici görünüşünə görə "Çelsi"nin əfsanəsi Frenk Lemparda bənzətmişdi. 

 

Qeyd edək ki, "Sabah" bunadək yerli transferlərdən "Keşlə"dən Məqsəd İsayev və "Səbail"dən Kərim Diniyevlə anlaşıb. 

15 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB