TOP 10

“Sabah”ın ilk legioneri müəyyənləşdi

Futbol
Tarix: 2018-06-07 13:45

Premyer Liqaya bu il vəsiqə qazanan “Sabah” ilk əcnəbi futbolçusunu transfer etməyə yaxındır. Sport24.az-ın əldə etdiyi məlumata görə, klub qanalı hücumçu Latif Amadu ilə anlaşıb. 

 

Son olaraq Albaniyanın “Teuta” klubunda çıxış edən 24 yaşlı futbolçu ilə yaxın günlərdə müqavilə imzalanacaq. 

 

Peşəkar karyerasına 2013-cü ildə başlayan Amadunun ilk klubu ölkəsində “Berekum Çelsi” olub. 1 il burda oynadıqdan sonra o, “Asante” klubunda çıxış edib. 2015-ci ildə bu klubdan da ayrılan forvard Belarusiyaya üz tutub. Burada 1 mövsümlük karyerasından sonra isə Albaniyaya yollanıb. “Teuta”da 16 oyuna 3 qol vurmağı bacarsa da, bu komandanın əsas üzvlərindən sayılıb.
 

20 Iyun 2018
19 Iyun 2018
B.eÇ.aÇC.aCŞB