TOP 10

Dabo Sport24.az-a yeni “elçi”sinin adını açıqladı: “Neftçi”dən təklif almışam

Futbol
Tarix: 2018-06-07 12:21

Son iki mövsümü “Qəbələ”də keçirmiş Baqali Dabonun növbəti il də Azərbaycanda oynamaq şansları yüksəkdi. Bu barədə son Topaz Premyer Liqasının bombardiri Sport24.az-a özü məlumat verib.

 

Hazırda istirahətdə olan fransalı futbolçu meneceri ilə müzakirələr apardıqdan sonra qəti qərarını verəcəyini bildirdi: “Doğrudu, “Qəbələ”dən təklif almışam. Ancaq Azərbaycandan daha bir dəvətim var. “Neftçi” mənimlə müqavilə bağlamaq istəyir və öz təklifini göndərib. Ancaq hələ ki, qərar verməmişəm”.
 

14 Avqust 2018
13 Avqust 2018
B.eÇ.aÇC.aCŞB