TOP 10

Millimiz Ukraynaya səfərdə qalib gəldi

Voleybol
Tarix: 2018-06-06 20:03

Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandası Qızıl Avropa Liqasında bu gün növbəti oyununu keçirib. Sport24.az xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi yığmamız qrup mərhələsinin sonuncu - 6-cı turu çərçivəsində Ukrayna ilə üz-üzə gəlib.


Səfərdə baş tutan qarşılaşma yığmamızın üstünlüyü şəraitində keçib. Nəticədə, komandamız meydanı inamlı qələbə ilə tərk edib.


Xatırladaq ki, komandamız əvvəlki turlarda yalnız Bolqarıstana səfərdə 1:3 hesabıyla uduzub. Qalan oyunların hamısında millimiz eyni hesabla (3:1) qalib gəlib.


Qrupun son oyununda hələ də qələbə və xala həsrət olan Portuqaliya, millimizin əsas rəqibi hesab olunan Bolqarıstanı qəbul edəcək.


Qızıl Avropa Liqası
A qrupu

6 iyun


Ukrayna - Azərbaycan 0:3 (28:30, 21:25, 23:25)


Azərbaycan – 15, Bolqarıstan – 12, Ukrayna – 6, Portuqaliya – 0.
 

18 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB