TOP 10

“Neftçi”ni Qurbanovun məğlub etdiyi məşqçi çalışdıracaq

Futbol
Tarix: 2018-06-06 15:28

“Neftçi”nin yeni baş məşqçisi müəyyənləşib. Sport24.az Italiya mətbuatına istinadən xəbər verir ki, paytaxt klubu italiyalı mütəxəssis Roberto Bordinlə anlaşıb.

 

“Neftçi” Bordinlə 2 illik razılıq əldə edib. 8 iyunda tərəflər arasında rəsmi müqaviləyə qol çəkiləcək.

 

Son klubu Moldovanın “Şerif” komandası olan mütəxəssis burdakı uğurları ilə məşhurdur. O, bu komanda ilə çempion olmaqla yanaşı Avropa Liqasının qrup mərhələsinə də vəsiqə qazanıb.

 

Qeyd edək ki, bu barədə ilk xəbəri futbolinfo.az saytı yayıb. 

20 Iyun 2018
19 Iyun 2018
B.eÇ.aÇC.aCŞB