TOP 10

Boksçumuz AÇ-yə 1/8 finaldan başlayacaq

Boks
Tarix: 2018-06-06 12:26

Bolqarıstanın paytaxtı Sofiyada qadın boksçular arasında Avropa çempionatı start götürüb. Sport24.az xəbər verir ki, iyunun 12-dək davam edəcək yarışa Azərbaycan yığması da qatılıb.


Ölkəmizi çempionatda Məryəm Cəbrayılova təmsil edir. 69 kq çəki dərəcəsində qüvvəsini sınayacaq boksçumuz ilk döyüşünə iyunun 7-də çıxacaq. Birinci görüşdən azad olan idmançımız 1/8 finalda türkiyəli Gülüzar Kara ilə üz-üzə gələcək.


Qeyd edək ki, Avropa çempionatında 32 ölkənin 146 boksçusu mübarizə aparır.
 

11 Dekabr 2018
10 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB