TOP 10

Millimizin qrupda son sınağı

Voleybol
Tarix: 2018-06-05 15:45

İyunun 6-da qadın voleybolçular arasında Qızıl Avropa Liqasında qrup mərhələsinin oyunları yekunlaşacaq. Sport24.az xəbər verir ki, Azərbaycan yığması VI turda Ukraynanın qonağı olacaq.

 

İvano-Frankovsk şəhərinin Bədən Tərbiyəsi Kollecinin idman zalında baş tutacaq görüşü Yan Krtiçka (Çexiya) və Andrey Kovalçuk (Ukrayna) idarə edəcəklər. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

 

Millimizin yer aldığı A qrupunun digər görüşündə isə Portuqaliya Bolqarıstanı sınağa çəkəcək. Qalib gələcəyimiz halda, qrupda tutacağımız yer məhz bu görüşdən asılı olacaq.

 

Qeyd edək ki, Bolqarıstanla Azərbaycanın 12, Ukraynanın 6 xalı var. Portuqaliya isə hələ də xal qazana bilməyib.

15 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB