TOP 10

Bakıda dünya çempionatı start götürdü

Digər
Tarix: 2018-06-05 11:51

Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatı start götürüb. Sport24.az xəbər verir ki, veloparkda (Şıxov) keçirilən mötəbər yarışda planetin 43 ölkəsinin 1500-dən artıq idmançısı mübarizə aparacaq.


Dünya çempionatında Azərbaycan 8 idmançı ilə təmsil olunacaq. “Challenge” kateqoriyasında yarışacaq velosipedçilərimizdən Xəyal İbrahimov, Soltan İsrafilov və Justinas Pavlovas mübarizəyə iyunun 6-da qoşulacaqlar. İyunun 7-də Orxan Məmmədov, Vüqar Nəsibov, Kənan Babayev və Yelmar Şahmarzadə çıxış edəcəklər. Elit kateqoriyasında yarışacaq Aqşin İsmayılov isə iyunun 8-də start xəttinə çıxacaq.

15 Avqust 2018
14 Avqust 2018
B.eÇ.aÇC.aCŞB