TOP 10

Voleybol komandaları ilə görüş keçirildi

Voleybol
Tarix: 0000-00-00 00:00

Bu gün Azərbaycan Voleybol Federasiyasının Prezidenti Cavid Qurbanov, qadın və kişilərdən ibarət milli komandalarla, hakimlərlə və AVF işçiləri ilə görüşüb. Sport24.az xəbər verir ki, görüşdə İslam Həmrəyliyi Oyunları, Dünya çempionatının seçmə və Avropa çempionatının final mərhələləri müzakirə edilib.

Görüşdə çıxış edən Federasiyanın vitse-prezidenti Faiq Qarayev Cavid Qurbanova gördüyü işlərdən dolayı təşəkkür edib: "Mən ilk olaraq qeyd etmək istərdim ki, Cavid Qurbanov AVF-nin prezidenti təyin olunandan çox qısa müddət ərzində böyük işlər görülüb. Kişilər arasında ölkə çempionatının final oyunları Naxçıvan MR da keçirildi. Qadınlar arasında ölkə çempionatımız təntənəli surətdə sona çatdı. İlk olaraq bu görülən bütün işlərə görə hər birimizin adından C.Qurbanova təşəkkür etmək istərdim. Qeyd edim ki, qarşıda bizləri böyük yarışlar gözləyir. Bizim üzərimizə düşən iş yarışlara yaxşı hazırlaşmaq və qələbələr qazanmaqdı.

 

Qadınlardan ibarət yığmanın meneceri Oksana Kurt isə deyib ki, ilk dəfədi bu qədər gənc idmançı komandamızın düşərgəsinə dəvət olunub: “Birinci milli komanda aprelin 15-də Sloveniyaya təlim-məşq toplantısına, ikinci komanda isə Qubaya təlim-məşq toplantısına yola düşəcək”.

Kişilərdən ibarət yığmanın baş məşqçisi Fərid Cəlalov iki gündən sonra İsrailə təlim-məşq toplantısına yola düşəcəklərini, orada yoldaşlıq görüşləri keçirəcəklərini diqqətə çatdırıb: " 6 mayda Bakıya qayıdacağıq. Səfərdə bizi 9 yoldaşlıq görüşü gözləyir. Bu gün əsas məqsədimiz İslam Həmrəylik Oyunlarında ölkəmizi layiqincə təmsil etməkdi"..

Göygöl Olimpiya Kompleksində, Gimnastika İdman Zalında görülən işlərdən danışılıb.

Daha sonra İslam Həmrəylik Oyunlarına hazırlıqla bağlı digər görülən işlər diqqətə çatdırılıb. 

Sonda çıxış edən Cavid Qurbanov qeyd edib ki, hər bir voleybolçu uğurla çıxış etməlidi. O. bunun üçün böyük şanslarının olduğunu dilə gətirib: "Bu, bizim ailəmizdi. Burda bizim böyüyümüz və balacamız var. Siz çalışmalısız ki, yüksək nailiyyətlər qazanasınız.. Bizim üçün ən əsas sizlərin qazanacağınız uğurlardı. Biz isə sizin bütün problemlərinizi həll etməyə hazırıq. Bu il bizim üçün böyük uğurlara imza atmamız üçün böyük şanslarımız var. Mən düşünürəm ki, idman sizin həyatınızdı. Bizlər həmişə sizinləyik, sizin yanınızdayıq".

CBCsport
08 Dekabr 2019
07 Dekabr 2019
06 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB