TOP 10

Cüdoçularımız Avstriyada 4 medal qazandılar

Cüdo
Tarix: 2018-06-02 23:24

Avstriyada gənc cüdoçular arasında keçirilən Açıq Avropa kuboku turnirinin ilk günü Azərbaycan millisi üçün uğurlu olub. Sport24.az xəbər verir ki, baş məşqçi Elçin İsmayılovun yetirmələri bu gün Leybnitsdə 4 medal qazanıblar.


55 kq çəki dərəcəsində yarışan Rövşən Əliyev Braziliya, Qazaxıstan, Ukrayna cüdoçularına qalib gələrək finalda Yaponiya təmsilçisi Daiçi Takano ilə qarşılaşıb. Güclü rəqibinə uduzan Rövşən Əliyev Avstriyada gümüş medal qazanıb. Bu çəki dərəcəsində ölkəmizi təmsil edən Balabəy Ağayev və Rəqşan Baxşəliyev bürünc medala sahib olub. 66 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz İbrahim Əliyev də millimizə bürünc medal qazandırıb.


Beləliklə gənc cüdoçularımız Leybnits beynəlxalq turnurinin ilk yarış günü 1 gümüş və 3 bürünc medal qazanıblar.                             


Qeyd edək ki, Avstriyada 39 ölkədən 580 cüdoqi ustası medallar uğrunda yarışır. Azərbaycan beynəlxal turnirdə 21 cüdoçu ilə təmsil olunur.
 

13 Dekabr 2018
12 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB