TOP 10

Millimiz Portuqaliyaya səfərdə də qalib gəldi

Voleybol
Tarix: 2018-06-02 21:56

Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandası Qızıl Avropa Liqasında növbəti oyununu keçirib. Sport24.az xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi yığmamız 5-ci tur çərçivəsində Portuqaliya ilə üz-üzə gəlib.


Səfərdə, Matozinyuşda baş tutan qarşılaşma yığmamızın üstünlüyü şəraitində keçib. Nəticədə, komandamız meydanı qələbə ilə tərk edib.


Qrupumuzun digər oyununda isə Ukrayna Bolqarıstanı qonaq edib. Bolqarlar qalib gəlməklə qrup liderliyini qoruyublar.


Xatırladaq ki, komandamız əvvəlki turlarda Bakıda qarşılaşdığı Ukrayna, Portuqaliya və Bolqarıstana oxşar hesabla (3:1) qalib gəlib. Komandamız yalnız Bolqarıstanla səfər oyunundan məğlub ayrılıb – 1:3.


Qızıl Avropa Liqası
A qrupu

2 iyun


Portuqaliya - Azərbaycan 1:3 (20:25, 28:26, 11:25, 14:25)


Bolqarıstan – 12, Azərbaycan – 12, Ukrayna – 6, Portuqaliya – 0.

18 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB