TOP 10

Millimiz Matozinyuşda sınağa çəkiləcək

Voleybol
Tarix: 2018-06-01 18:00

İyunun 2-də qadın voleybolçular arasında Qızıl Avropa Liqasında V turun matçları keçiriləcək. Sport24.az xəbər verir ki, Azərbaycan yığması tur çərçivəsində Portuqaliyanın qonağı olacaq.

 

Matozinyuşda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Görüşü Xose Luis Arrarte Mira (İspaniya) və Pedro Pinto Lopes (Portuqaliya) idarə edəcəklər.

 

Qrupumuzun digər oyununda isə Ukrayna Bolqarıstanı qonaq edəcək. Qeyd edək ki, IV turdan sonra Bolqarıstan və Azərbaycanın 9, Ukraynanın 6 xalı var. Portuqaliya isə hələlik xal qazanmayıb.

15 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB