TOP 10

Millimiz Bolqarıstana qalib gəldi

Voleybol
Tarix: 2018-05-30 20:13

Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandası Qızıl Avropa Liqasında növbəti oyununu keçirib. Sport24.az xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi yığmamız 4-cü tur çərçivəsində Bolqarıstanla üz-üzə gəlib.


Bakıdakı Voleybol Mərkəzində keçirilən görüş millimizin qələbəsi ilə başa çatıb – 3:1. Bununla da komandamız mayın 26-da Sofiyada keçirilən görüşdə bolqarlara 1:3 hesablı məğlubiyyətin qisasını almış olub.


Xatırladaq ki, komandamız ilk iki turda Bakıda qarşılaşdığı Ukrayna və Portuqaliyaya da eyni hesabla (3:1) qalib gəlmişdi.


Qızıl Avropa Liqası
A qrupu

30 may


Azərbaycan - Bolqarıstan 3:1 (25:20, 23:25, 25:21, 25:21)


Bolqarıstan – 9, Azərbaycan – 9, Ukrayna – 6, Portuqaliya – 0.
 

18 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB