TOP 10

Nazarov Azərbaycan klubunda - EKSKLÜZİV

Futbol
Tarix: 2018-05-30 11:18

Ölkə çempionu “Qarabağ” Filip Ozobiçdən sonra daha bir ölkə futboluna yad olmayan simayla anlaşmaq üzrədi. Sport24.az-ın əldə etdiyi məlumata görə, Ağdam təmsilçisi millimizin yarımmüdafiəçisi Dmitri Nazarovla danışıqlar aparır.

 

Tərəflər artıq maddi məsələlərdə razılıq əldə ediblər. Müqavilənin digər detalları da böyük ölçüdə həllini tapıb.

 

2016-cı ildən Almaniya “Aue”sinin şərəfini qoruyan və 2021-ci ilədək müqavilə ilə bu kluba məxsus olan Nazarovun azad agent statusu ilə “Qarabağ”ın ilk təlim-məşq toplanışından heyətə qoşulacağı gözlənilir.
 

20 Iyun 2018
19 Iyun 2018
B.eÇ.aÇC.aCŞB