TOP 10

Millimizin liderlə növbəti sınağı

Voleybol
Tarix: 2018-05-29 16:28

Sabah qadın voleybolçular arasında Qızıl Avropa Liqasında IV turun matçları oynanılacaq. Sport24.az xəbər verir ki, Azərbaycan millisi bu dəfə Bolqarıstanı qəbul edəcək.

 

Voleybol Mərkəzində baş tutacaq görüş saat 18:00-da başlayacaq. Qarşılaşmanı Kristian Volfla (İsveçrə) Eldar Zülfüqarov (Azərbaycan) idarə edəcəklər. Millimizin yer aldığı A qrupunun digər oyununda isə Ukrayna Portuqaliyanı sınağa çəkəcək.

 

Qeyd edək ki, 3 turdan sonra aktivində 6 xalı olan yığmamız turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Bolqarıstanın 9, Ukraynanın 3 xalı olduğu halda, Portuqaliya hələ xal qazanmayıb.

15 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB