TOP 10

Premyer Liqamızda 59-cu komanda və ya Tovuzun 4 illik həsrəti bitdi

Futbol
Tarix: 0000-00-00 00:00

"Turan Tovuz" çıxış etdiyi I Diviziondan Topaz Premyer Liqasına vəsiqə qazanan ilk klub olub. Sport24.az xəbər verir ki, Əsgər Abdullayevin yetirmələri I Divizionun lideri kimi növbəti qələbəsini bu gün evdə MOİK üzərində 1:0 hesabı ilə əldə edərək güclülər dəstəsinə vəsiqəni rəsmiləşdirib. Bu, 90+2-ci dəqiqədə komandanın bombardiri olan hücumçu Rəhman Musayevin qələbə topu ilə reallaşıb.

Bununla da Tovuz 4 illik fasilədən sonra yenidən Premyer Liqamızda təmsil olunmaq hüququ əldə edib. Ancaq bu dəfə "Turan" yox, "Turan Tovuz"la. O. sənəd üzərində "Turan"ın varisi yox, yeni klub sayılır. Belə olan halda, "Turan Tovuz" 1992-ci ildə keçirilən milli çempionatımızda çıxış edəcək 59-cu klub olacaq. Sonuncu yeni klub 2 il öncə ora vəsiqə qazanan "Zirə" olub. 

"Turan" "Neftçi" və "Qarabağ" kimi 1992-ci ildən bu yana bütün milli çempionatlarıda çıxış edən klub idi. Ancaq 2013-cü ildə Əfqan Talıbovun baş məşqiçiliyi dövründə Tovuz təmsilçisi I Diviziona düşdü və dağıldı. Onun bazası əsasında yaranan "Turn Tovuz" yeni klub kimi qeydiyyatdan keçdi.

Avrokuboklarda ilk təmsilçimiz kimi tarixə düşən, 1994-cü ildə UEFA kubokunda "Fənərbaxça" ilə matçlarda iştirak edən "Turan" yeganə çempionluğunu həmin il qazanıb. O, 23 çempionatda 584 oyun keçiriərək 862 xal toplayıb. 

Xatırladaq ki, "Turan Tovuz" AFFA-dan Premyer Liqada iştirakla bağlı lisenziya ala bilməsə, ora buraxılmayacaq. 

14 Oktyabr 2019
13 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB