TOP 10

"Sumqayıt"dan darmadağınlar

Futbol
Tarix: 0000-00-00 00:00

AFFA-nın təşkil etdiyi liqalarda növbəti turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, "Sumqayıt"ın 17 yaşadək futbolçulardan ibarət komandası səfərdə AZAL üzərində 4:1 hesablı qələbə qazanıb. Komandadan qolları Elçin Həsənxanov, Orxan Hüseynzadə, Cavid Quliyev və Amil Məmmədov vurub.

U-16 komandası da turu böyükhesablı qələbə ilə başa vurub. Baba Əsgərovun yetirmələri "Kapital Bank Arena"da "Turan"ı 7:0 üstələyib. Komandamızdan qolları İbrahim Novruzov (3), Elton Nağıyev (2), Səbuhi Abdullazadə və Qurban Hüseynov vurub.

Bu arada, AFFA-nın təşkil etdiyi aşağı yaş qruplarında növbəti mərhələnin püşkatma mərasimi keçirilib. Beləliklə, final mərhələsinə vəsiqə qazanmış "Sumqayıt"ın U-10, U-11, U-13 və U-14 komandalarının rəqibləri müəyyənləşib. Oyunların qrafiklərini nəzərinizə çatdırırıq.

U-10 Liqası 
15.04.2017 / Kapital Bank Arena / 11:00 "Sumqayıt" FK - "Topqapı" (Bərdə) 
18.04.2017 / Mingəçevir / 14:00 "Topqapı" (Bərdə) - "Sumqayıt" FK 

U-11 Liqası 
15.04.2017 / Kapital Bank Arena / 11:00 "Sumqayıt" FK - "Tovuz TİM" 
19.04.2017 / Tovuz / 15:00 "Tovuz TİM" - "Sumqayıt" FK 

U-13 Liqası 
15.04.2017 / Gəncə / 15:00 "Gəncə TİM" - "Sumqayıt" FK
18.04.2017 / Kapital Bank Arena / 15:00 "Sumqayıt" FK - "Gəncə TİM" 

U-14 Liqası 
16.04.2017 / Qusar / 14:00 "Qusar Olimpiya" - "Sumqayıt" FK
19.04.2017 / Kapital Bank Arena / 14:00 "Sumqayıt" FK - "Qusar Olimpiya"

 

 

 

14 Oktyabr 2019
13 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB