TOP 10

Millimiz Bolqarıstana məğlub oldu

Voleybol
Tarix: 2018-05-26 21:18

Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandası Qızıl Avropa Liqasında növbəti oyununu keçirib. Sport24.az xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi yığmamız 3-cü tur çərçivəsində Bolqarıstanla üz-üzə gəlib.


Sofiyada keçirilən görüş millimizin məğlubiyyəti ilə başa çatıb – 1:3. Bu, voleybolçularımızın ilk məğlubiyyəti olub. Komandamız ilk iki turda Bakıda qarşılaşdığı Ukrayna və Portuqaliyaya eyni hesabla (3:1) qalib gəlmişdi.


Qızıl Avropa Liqası
A qrupu

26 may


Bolqarıstan - Azərbaycan - 3:1 (17:25, 25:17, 25:14, 25:21)
 

15 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB