TOP 10

"Mənim mövqeyimə bir neçə iddialı voleybolçu var" - Ayşən Abduləzimova

Voleybol
Tarix: 0000-00-00 00:00

 "Hər birimiz bu məsuliyyəti dərk edirik və çalışacağıq ki, bizi sevənlərə böyük sevinc bəxş edək". Sport24.az xəbər verir ki, bu sözləri Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında qadınlardan ibarət milli komandanın üzvü Ayşən Abduləzimova deyib.

24 yaşlı voleybolçumuz qarşıdakı yarışlara hazırlıqdan danışıb: "7 apreldən hazırlıqlara start verdik. 3 gündü də ki, topla gündə iki dəfə olmaqla, məşq edirik. Bu il komandamız iki qrup üzrə məşq prosesini keçirir, buna səbəb yerli oyunçularımızın çox olmasıdı. Ümumilikdə 30 oyunçu milli komandaya cəlb olunub. Sonda kimlər əsas komandada olacaq, onu zaman və keçirəcəyimiz yoldaşlıq görüşləri göstərəcək".

O, komandada güclü rəqabət mühitinin olduğunu bildirib: "Düşünürəm ki, artıq milli komandamızda oyunçular arasında sağlam rəqabət var. Elə mənim mövqeyimə bir neçə iddialı voleybolçu var. Bu, bizi daha da yaxşı hazırlaşmağa vadar edir".

Xatırladaq ki, qadınlardan ibarət millimiz mayda həm İslam Həmrəyliyi Oyunlarında həm də paytaxtımızda təşkil olunacaq DÇ-2018-in seçmə mərhələsində mübarizə aparacaq. 

CBCsport
07 Dekabr 2019
06 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB