TOP 10

Millimiz Bolqarıstanla görüşəcək

Voleybol
Tarix: 2018-05-25 14:45

Sabah qadın voleybolçular arasında Qızıl Avropa Liqasında III turun qarşılaşmaları start götürəcək. Sport24.az xəbər verir ki, ilk iki matçda qalib gələn Azərbaycan millisi 3-cü cəhdində Bolqarıstanla üz-üzə gələcək.

 

Mayın 26-da Sofiyada Xristo Botev Sarayında təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Oyunu Aleksandros Milonakislə (Yunanıstan) Çavdar Marev (Bolqarıstan) idarə edəcəklər.

 

Qrupumuzun digər görüşündə isə Portuqaliya Ukraynanı qəbul edəcək. Bu oyun mayın 27-nə təsadüf edəcək.

18 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB