TOP 10

Millimiz yenə 3:1 hesablı qələbəyə sevindi

Voleybol
Tarix: 2018-05-23 20:59

Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandası Qızıl Avropa Liqasının II turunda bu gün Portuqaliya ilə üz-üzə gəlib. Sport24.az xəbər verir ki, A qrupunda yer alan yığmamız ikinci görüşünü də qələbə ilə başa vurub - 3:1.

 

Faiq Qarayevin yetirmələri ilk setdən sonta məğlub durumda olsa da, sonrakı üç setdə rəqibindən üstün olub və əzmkar qələbə qazanıb.

 

Qeyd edək ki, ilk turda Azərbaycan Ukraynaya da 3:1 hesabı ilə qalib gəlib.

 

Qızıl Avropa Liqası

A qrupu, II tur

 

18:00. Azərbaycan - Portuqaliya 3:1 (24:26, 25:17, 25: 14, 25:17)  

Hakimlər: Saadettin Deneri (Türkiyə), Fikrət Axundov (Azərbaycan)

Bakı. Voleybol Mərkəzi

15 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB