TOP 10

AFFA iki oyunçunu 10 matçlıq cəzalandırdı

Futzal
Tarix: 2018-05-23 13:49

AFFA futzal üzrə Azərbaycan Kubokunun final matçında baş verən xoşagəlməz olaylara rəsmi münasibət bildirib. Sport24.az xəbər verir ki, qurumun İntizam Komitəsi mayın 22-də keçirilən “Marafon Futsal” – “Uğur” FK matçında baş verənlər haqqında aşağıdakı qərarlar çıxarıb:


Oyunun 37-ci dəqiqəsində “Uğur” FK klubunun 6 №-li futzalçısı Amin Nasrolla ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır (maddə 48).

 

Oyunun 38-ci dəqiqəsində “Marafon Futsal” klubunun 22 №-li futzalçısı Arif Bolouri ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır (maddə 48).

 

Oyunun 38-ci dəqiqəsində “Uğur” klubunun 9 №-li futzalçısı Mahsen Geşani və 15 №-li futbolçu Rza Əmoni hakimlər briqadasın təhqir etdiyinə, aqressiv davranış, hakimə və rəqibə qarşı fiziki təzyiq göstərdiklərinə görə meydandan kənarlaşdırıldıqları üçün hər iki futzalçı 10 oyun cəzalanır (maddə 42.3), (maddə 38.6).
“Marafon Futsal” klubunun 10 №-li futzalçısı Seymur Məmmədov oyundan sonra rəqibi təhqir etdiyinə görə 3 oyun cəzalanır (maddə 42.1).  
 

13 Dekabr 2018
12 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB