TOP 10

Millimiz Portuqaliya ilə qarşılaşacaq

Voleybol
Tarix: 2018-05-22 12:00

Sabah voleybol üzrə Qızıl Avropa Liqasında II turun oyunları keçiriləcək. Sport24.az xəbər verir ki, A qrupunda yer alan Azərbaycan yığması bu dəfə Portuqaliya millisini qəbul edəcək.

 

Voleybol Mərkəzində baş tutacaq görüş saat 18:00-da start götürəcək. Oyunu Saadettin Deneri (Türkiyə) və Fikrət Axundov (Azərbaycan) idarə edəcəklər. Qrupumuzun digər görüşündə isə Bolqarıstanla Ukrayna bir-birini sınağa çəkəcək.

 

Qeyd edək ki, ilk turda Azərbaycan Ukraynaya 3:1, Bolqarıstan Portuqaliyaya 3:0 hesabı ilə qalib gəlib.

 

18 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB