TOP 10

Yeni qalib, 10-cu qalib kim olacaq?

Futzal
Tarix: 2018-05-18 10:20

Futzal üzrə Azərbaycan kubokunda yarımfinal oyunları keçirilib. Sport24.az xəbər verir ki, nəticələrə əsasən kubokun qalibinin ilk dəfə bu uğura imza atacağını qeyd edə bilərik. 

 

Azərbaycanın ən titullu klubu “Araz”ın da mübarizəni dayandırmasından sonra yarımfinalda heç vaxt kubok qazanmayan komandalar qarşılaşıb. Belə ki, “Marafon Futsal”, “Uğur”, “Hell Energy” və “Yasamal-2” heç vaxt ölkə kubokuna sahib çıxmayıb. Böyükhesablı qələbələr sayəsində “Marafon Futsal” və “Uğur” bir-birinə rəqib olub. 
Əvvəlki 23 kubok mövsümündə 9 komanda yarışın qalibi olub. Bu isə o deməkdi ki, cari mövsümün mükafatı başı üzərinə qaldıracaq komanda bu siyahıya kubokun 10-cu sahibi kimi düşəcək.


Müxtəlif adlarla çıxış edən “Neftçi” hamıdan çox – 6 dəfə (1994/95, 1995/96, 2009/10, 2012/13, 2013/14, 2016/17) kuboku başı üzərinə qaldırıb. Araz” 5 dəfə (2004/05, 2005/06, 2006/07, 2007/08, 2008/09) bu mükafata sahib olub.

 

Digər kubok sahiblərindən EKOL üç (2010/11, 2011/12, 2015/16), “Avtomobilçi” (1996/97, 1997/98), “Azərnattyanacaq” (1999/00, 2000/01) və “Gömrükçü” (2001/02, 2002/03) hərəyə 2 dəfə kubokun qalibi adına yiyələnib. Üç komanda isə bir dəfə belə uğura nail olub. “Nabspor” 1998/99, “Turan AİR” 2003/04, “Fənər” FK 2014/15 mövsümündə kuboku qazanıb.

 

Qeyd edək ki, ötən mövsümün “ABU Arena”da keçirilən finalında Yüksək Liqa təmsilçisi “Neftçi” Birinci Liqada yarışan “Baku Fire” üzərində 7:5 hesabı ilə qalib gəlib.

 

Mövsüm - kubok sahibi
1994/95 - “Neftçi”
1995/96 - “Neftçi”
1996/97 - “Avtomobilçi”
1997/98 - “Avtomobilçi”
1998/99 - “Nabspor”
1999/00 - “Azərneftyanacaq”
2000/01 - “Azərneftyanacaq”
2001/02 - “Gömrükçü”
2002/03 - “Gömrükçü”
2003/04 - “Turan” AİR
2004/05 - “Araz”
2005/06 - “Araz”
2006/07 - “Araz”
2007/08 - “Araz”
2008/09 - “Araz”
2009/10 - “Neftçi” İSM
2010/11 - EKOL
2011/12 - EKOL
2012/13 - “Neftçi” İSM
2013/14 - “Neftçi” İSM
2014/15 - “Fener” FK
2015/16 - EKOL
2016/17 - “Neftçi” İK

17 Iyun 2018
16 Iyun 2018
B.eÇ.aÇC.aCŞB