TOP 10

Soni Mustivar: “Bu oyun bizim üçün çox əhəmiyyətlidi” - VİDEO

Futbol
Tarix: 2018-05-17 19:37

“Neftçi” Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində qarşılaşacağı "Kəpəz”lə oyunun hazırlığını davam etdirir. Sport24.az xəbər verir ki, paytaxt təmsilçisi bu gün İsmət Qayıbov adına bazada məşq keçib.

Yarımmüdafiəçi Soni Mustivar klub televiziyasına açıqlamasında "Kəpəz”lə oyun öncəsi fikirlərini bildirib:


"Hamımız oyuna gərgin hazırlaşırıq. Çünki bu görüş bizim üçün çox əhəmiyyətlidir. Turnir cədvəlinin yuxarı sıralarındakı mövqeyimizi qorumaq üçün bizə qələbə lazımdır. Komanda daxilindəki abu-havaya gəlincə, hamımız fikrimizi oyuna yönəltmişik. Bu görüşdə səhvə yol verə bilmərik. Bütün qarşılaşmalara güclü rəqibə qarşı oynayacağıq kimi çıxırıq. Bir oyunda çox şey baş verə bilər. Lakin biz buna imkan verməməliyik. Hətta fikrimizi böyük oyunlardan da çox cəmləşdirməliyik. Çünki bu cür komandaların itirməyə heç nəyi yoxdur. Hətta daha təhlükəli ola bilirlər. Rəqibin "Kəpəz” və ya bir başqası olmasına baxmayaraq, yaxşı hazırlaşırıq”.


Xatırladaq ki, mayın 20-də Gəncə şəhər stadionunda keçiriləcək "Kəpəz” – "Neftçi” matçı saat 17:15-da başlanacaq.


 

15 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB