TOP 10

Ranyeri Fransa klubu ilə yollarını ayırdı

Dünya Futbolu
Tarix: 2018-05-17 18:50

Fransanın “Nant” klubu baş məşqçisi Klaudio Ranyeri ilə yollarını ayırmağa qərar verib. Sport24.az xəbər verir ki, bu barədə məlumatı “Nant”ın sahibi Valdemar Kita verib. O, Fransa mətbuatına açıqlamasında Ranyerinin getmək barədə qərar verdiyini deyib:


“Bunu gizlədə bilmərik. Ranyeri klubun sponsorları ilə görüşdə hər kəsə təşəkkür etdi. O özü də gördüyü işə görə təşəkkürə layiqdi. Onun üçün hər şey o qədər də asan deyildi. Ancaq həyat belədi. Onunla klub arasında isə heç bir düşmənçilik yoxdu”.


66 yaşlı Ranyeri “Nant”a 2017-ci ilin yayından başçılıq edirdi. Komanda onun rəhbərliyi altında 37 turdan sonra 49 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. Ranyerinin klubla müqaviləsinin müddəti 2019-cu ilin iyununda başa çatırdı.
 

15 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB