TOP 10

"Qəbələ"də problemlərim var idi": Malone ayrılıqdan danışdı

Futbol
Tarix: 2018-05-17 17:36

“Qəbələ”nin yarımmüdafiəçisi Dion Malone bu gün klubla yollarını ayırıb. Sport24.az-a müsahibə verən futbolçu ayrılığın səbəbini açıqlayıb.

- "Qəbələ"dən niyə ayrıldın?
- Çünki son zamanlar vəziyyətim elə idi ki, özümü burada xoşbəxt hiss etmirdim. Bildirdim ki, aramızda problemlər var və mən getməliyəm. Buna səbəb təkcə oynamamağım deyildi. Həm də başqa problemlər mövcud idi. Amma bu klubla mənim aramda qalsın. 


- Problemlər nədən ibarət idi?
- Bu barədə danışmaq istəmirəm. 


- Azərbaycan kubokunun finalını gözləyə bilərdin...
- Bunu başa düşürəm. Sadəcə mənim üçün ən yaxşısı tez bir zamanda getmək idi. Ümid edirəm ki, "Qəbələ" kubokun finalında qalib gələcək və kuboku əldə edəcək. Onlara uğurlar. 


- "Den Haaq"a dönəcəyinlə bağlı xəbərlər var...
- Yox, bu doğru deyil. Onlarla növbəti mövsüm haqqında heç bir söhbətim olmayıb. Əvvəlcə, istirahət haqqında düşünəcəm. Daha sonra karyeramı harda davam etdirəcəyimə baxacam. 

18 Sentyabr 2018
17 Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB