TOP 10

“Dünya çempionatı – 2018-ə doğru”

Futbol
Tarix: 2018-05-17 16:05

22 may saat 14:00-da MİA “Rusiya bu gün” Beynəlxalq multimedia mətbuat mərkəzində MDB və Gürcüstandan 60-a yaxın idman jurnalisti, ixtisaslaşmış idman mediası və idman turizminin mütəxəssislərinin iştirakı ilə ictimai və informasiya proqramlarının “Futbol üzrə dünya çempionatı – 2018” Media layihəsi keçiriləcək.

 

Tədbir “Rusiya - 2018” Təşkilat Komitəsi ilə əməkdaşlıq çərçivəsində MDB dövlətlərinin humanitar əməkdaşlığı Beynəlxalq Dövlət fondunun dəstəyi ilə “Şimal-Cənub” Politologiya mərkəzi tərəfindən keçiriləcək.

 

Layihənin məqsədi “Futbol üzrə Dünya çempionatı – 2018-ə doğru” – “xalq diplomatiyası” və xalqlararası əməkdaşlığın idman ənənələrinin və idman qardaşlığının populyarlaşması vasitəsi ilə  MDB və Gürcüstan ərazisində humanitar əlaqələrin inkişafı.

 

Tədbirdə dünya idmanı üçün əhəmiyyətli hadisənin təşkilatçılığı ilə bağlı geniş suallar toplumunun müzakirəsi nəzərdə tutulub.

 

Tanınmış qonaqlar analoji qlobal tədbirlərdə şəxsi təcrübələri ilə bölüşəcək, DÇ-2018-ə hazırlıq çərçivəsində istifadə olunacaq ictimai və informativ proqramları auditoriyaya təqdim edəcəklər.
 

Qeyd edək ki, tədbirdə Sport24.az saytı da təmsil olunacaq.

18 Sentyabr 2018
17 Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB