TOP 10

“Beşiktaş”ı Çin klubuna dəyişdi

Dünya Futbolu
Tarix: 2018-05-17 13:59

Türkiyənin “Beşiktaş” klubunun müdafiəçisi Duşko Toşiç İstanbul təmsilçisindən ayrılır.

Sport24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, artıq serbiyalı futbolçu Super Liqa təmsilçisinin düşərgəsini tərk edib. O, bundan sonra karyerasını Çində davam etdirəcək. Bu ölkənin “Quançjou” klubundan sərfəli təklif alan Toşiç danışıqlar üçün ora gedib.

 

İddiaya görə, “Beşiktaş” bu transferdən 5 milyon avro gəlir əldə edəcək. Duşko özü isə yeni klubu ilə 10 milyon avroluq qazancla 3 illik müqavilə imzalayacaq.

33 yaşlı futbolçu məhz bu transfer səbəbindən Super Liqanın 34-cü turunda “Sivasspor”la oyunda “Beşiktaş”a kömək edə bilməyəcək.
 

“Beşiktaş”a 2015/16 mövsümünün əvvəlində “Gənclərbirliyi”ndən transfer olunan Toşiç İstanbul klubunda 100 oyun keçirib. Bu üç mövsümdə 2 dəfə Türkiyə çempionu olan futbolçu 7 qola da imza atıb. Onun “Beşiktaş”la daha 1 illik müqaviləsi var idi.

Xatırladaq ki, daha öncə Atiba Hatçinsonun da “Beşiktaş”dan ayrılmaq üçün klub rəhbərliyi ilə razılığa gəldiyi barədə xəbərlər yayılmışdı.

15 Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB