TOP 10

Millimiz mövqeyini qorudu

Futbol
Tarix: 2018-05-17 12:50

FİFA dünya yığmalarının növbəti reytinq siyahısını açıqlayıb. Sport24.az xəbər verir ki,  Azərbaycan milli komandasının mövqeyində dəyişiklik baş verməyib. Qurban Qurbanovun baş məşqçi olduğu yığmamız 245 xalla Sudanla birgə 126-cı yerdədi.

 

Millimizin qarşıdakı yoldaşlıq görüşlərindəki rəqiblərdən Qırğızıstan 424 xalla 75-ci, Qazaxıstan 273 xalla 117-ci, Latviya 217 xalla 139-cudur.

 

UEFA Millətlər Liqasındakı rəqiblərimizə gəlincə,  Farer adaları 364 xalla 93-cü, Kosovo 164 xalla 152-ci, Malta isə 62 xalla 185-ci pillədədi. Siyahıda ilk pillələrdə dəyişiklik baş verməyib. Almaniya 1533 xalla 1-ci, Braziliya 1384 xalla 2-ci, Belçika 1346 xalla 3-cü, Türkiyə 714 xalla 37-cidi.

18 Iyul 2018
17 Iyul 2018
B.eÇ.aÇC.aCŞB